XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



UEFA-dan "Qarabağ"ın oyununa təyinat
İDMAN 15:08 / 25.09.2020

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Legiya"(Polşa) ilə keçiriləcək matçının hakimləri açıqlanıb.

Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Tobias Stieler görüşün baş hakimi olacaq. Ona yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


5339 oxunub

InvestAZ