XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



Erməni diversantın görüntülərini yayan hərbçilər ordudan xaric edilib - RƏSMİ
HÜQUQ 10:57 / 11.09.2020

Erməni diversantın görüntülərini yayan hərbçilər xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan əsassız iddia yalandır, böhtan xarakteri daşıyır. Qeyd edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli mobil telefonlardan istifadənin qadağan edilməsi barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar.

Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumlarına göndərməklə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar.

Faktla bağlı aparılan ilkin araşdırmaların nəticələrinə əsasən günahkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.


452 oxunub

InvestAZ