XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Ürəyimi - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 08:51 / 11.09.2020

"Bir qadına..." silsiləsindən

Kökləyir süzülən baxışlarıyla
Dizinin üstündə yar ürəyimi...
Edir həsrət vuran naxışlarıyla -
Pərdəsi dəyişən tar , ürəyimi...

Mən ki, öyrənmişəm şehin dilin də
Ən həzin,ən xəfif mehin dilin də...
Amma aradakı "eh"in dilində-
Üşüdür,bu şaxta, qar ürəyimi...

Suallar dolu tək ələnir, yağır
Sualmı, yoxsa ki, cavabmı ağır ?
Harda olduğunu bilməkçün, axır -
Götür, öz əlinlə yar ürəyimi!

Çiçək açılıbsa solacaq deyib
Bütün olmuşlara olacaq deyib...
Özün öz ruhuna ol, ocaq !- deyib -
Sıxma bu xal düşmüş nar, ürəyimi!

Ruhun pıçıltısın telin demirsə
Vücudun istəyin əlin demirsə...
Gözün söylədiyin dilin demirsə -
Eləmə, bu qədər xar, ürəyimi!


8269 oxunub

InvestAZ