XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Bir daşın nağılı - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:41 / 10.09.2020

"Özümdən özümə" silsiləsindən

Bir daş atıb yaddaşına illərin
Çiliklənən günü , anı aradım...
Talehimin bəbəyində süslənib -
Kipriyimdən axan qanı aradım...

Zaman , zaman cadarlayan köç yolun
Xəyal atım büdrəmədən ağartdı...
Sarılmadan qabarlayan əl -qolun-
Açır mənə həsrət adlı ağ atlı!

Ləpələnib , dalğalanır qəm gölü
Üzü gülür kədər geymiş dalğıcın...
Yeyir, səssiz pas daxili, nəm çolü -
Kimdi sənin ay ümidim, baxıcın?!

Öz sualım öz qapımda keşikçi
Dindirəni olmasa da, susmur o.
Nə soruşmur bu talehi kim seçdi -
Nə də yaddaş itgisindən küsmür o...

...Bir daş. atıb səksəndirdim zamanı
Necə gəldi əritmişdim mən onu...
Sovururaraq indi dənsiz samanı -
Nağıl kimi yaşayıram bu sonu...


8429 oxunub

InvestAZ