XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020



ORDUYLA XALQIN VƏHDƏTİ VƏ YAXUD TOVUZ DÖYÜŞLƏRİ...
HÜQUQ 16:04 / 12.09.2020

"Növbəti dəfədir ki, Azərbacana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən, tamamiylə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik. Bunu ölkəmizə qarşı böhtan xarakterli çirkin kompaniya kimi qiymətləndiririk”.

Bu fikirləri Xarici işlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Nezavisimaya qazeta” nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı "ildırım surətli müharibəyə” hazırlaşdığı barədə dərc olunan xəbərə münasibət bildirərkən deyib. "Bu saxta kompaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları terrorçuları cəlb etmiş işğalçı Ermənistanın durduğu heç bir şübhə doğurmur.

Artıq bütün dünya ölkələrinə də məlumdur ki, 30 ildən artıq davam edən Azərbaycan Ermənistan münaqişəsi Ermənistanın pozuculuq, riyakarlığı nəticəsində öz həllini tapa bilmir. Bununla yanaşı o da məlumdur ki, bir çox dünya ölkələri bu vacib məsələyə ikili standartlarla yanaşırlar. Belə ki, bu yanaşmalar işğalçı ölkənin əsl kim olmasını, onun yerini göstərməsinə maneçilik törədir. Son illər bir qədər intensivləşən Ermənistan dünyanı aldatmaqda, özünü yazıq göstərərək yalanlar uydurmaqda davam edir.

2016-cı ilin aprel döyüşləri zamanı təxribatlar törədən Ermənistan, bu ilin iyul ayında Tovuz rayonu istiqamətində ağır silahlardan istifadə etməklə qəfildən hücuma keçdilər. Hücuma keçən bu ac, qaniçən ordu yenə də uduzdu. Ordumuz ermənilərin belə alçaq hücumlarının dəfələrlə şahidi olub, yenə də bizim ordumuz layiqincə onların cavablnı verdi. Sıravi əsgərindən tutmuş generalımızadək Vətən, Dövlət, xalq qarşısında borcunu yerinə yetirmək üçün özlərinin ölümə getmələrini belə sübuta yetirdilət. Qəfil başlayan döyüşdə bir generalımız –general mayor Polad Həşimov, bir neçə zabitimiz və əsgərimiz şahidlik zirvəsinə ucaldı.Bu döyüşdə ermənilər ölənlərinin sayını gizlətməyə çalışsalarda fakt faktlığında qalır. Ordumuz Ali Baş komandanın əmriylə əks hücuma keçərək yetərincə ermənilərin canlı qüvvəsini, döyüş texnikasını məhv etdilər. Bir neçə dayaq məntəqələrini yerlə-yeksan etdilər. Çox böyük itkilət verən ernəni ordusu geri çəkilməyə məcbur oldu. Çox keçmədi şəhid oğullarımızın qisas ordumuz tərəfindən alındı. Bu nə deməkdir-bu o deməkdir ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan siyasətini (əyər onun siyasəti varsa) hücuma keçməkdə görür. O, bir daha unudur ki, bu gün onun xalqına gələcəyini qurmaq, qonşu dövlətlərlə sülh şəraitində yaşamaq lazımdır. Torpaqdan pay olmaz-deyib atalarımız. İşğalçı dövlət unutmamalıdır ki, Azərbaycanın İlham Əliyev kimi prezidenti, güclü ordusu var, inşallah yaxın günlərdə xalqımız, ordumuz öz sözünü deyəcək...


Bakı şəhəri, Nizami rayonu, qeydiyyat şöbəsinin

rəisi vəzifəsini icra edən 2-ci dərəcəli ədliyyə

qulluqçusu Maral Həsənova.


645 oxunub

InvestAZ