XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



İçimdəki pıçıltı - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:03 / 09.09.2020

"Bir qadına..." silsiləsindən

Bağlama ürək, qapımı
deməki gələn kədərdi...
Allahım bilir tabımı -
dözümüm hara qədərdi!..

Ruhum O Birə təbədi
And yerim O-du, Kəbədi!
Vüsalla, hicran əbədi -
Qalan nə varsa hədərdi...

Gizlinim ovuc içidi
Üstü açıldı - üşüdü!
Sevgi Məcnunun işidi -
Mənimki adi qədərdi!


10819 oxunub

InvestAZ