XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



UEFA “Qarabağ”ın oyunu ilə bağlı Norveç hökumətinə müraciət etdi
İDMAN 14:20 / 07.09.2020

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Mölde” ilə əlaqədar Norveç hökumətinə müraciət edib.

Bu haqda Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. O qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmarından və "Qarabağ”ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.

Qeyd edək ki, "Mölde” Bakıda keçirilməli olan "Qarabağ”la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra 10-14 gün karantində qalacağı göstərilirdi. "Qarabağ” hesab edir ki, "Mölde”nin bu addımı doğru deyil və püşkdə nəzərdə tutulduğu kimi, oyun Bakıda olmalıdır.

"UEFA bir neçə gün əvvəl Norveç hökumətinə müraciət ünvanlayaraq, Bakıdan qayıtdıqdan sonra "Mölde”nin koronavirus pandemiyasına görə karantində saxlanılmaması üçün xüsusi icazə istəyib. Buna diplomatik dildə nota da deyilir. Hazırda Norveç dövlətindən UEFA-ya cavab gözlənilir. Bizcə, Norveç tərəfi UEFA-ya "yox” deməməlidir. Hər halda, biz "Mölde”yə xüsusi icazə verilməsini gözləyirik” – deyə A.Əsgərov bildirib.

Məsələ ilə bağlı bu gün Norveç hökumətinin mövqeyinin bilinəcəyi bildirilir.

Xatırladaq ki, "Qarabağ” – "Mölde” görüşü sentyabrın 16-da keçirilməlidir.


7821 oxunub

InvestAZ