XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



Təbriz təmsilçisi “Traktor” İran kubokunu qazandı - FOTO
İDMAN 09:13 / 04.09.2020

Futbol üzrə İran kubokunun final oyunu keçirilib.

Yenises.az xəbər verir ki, həlledici görüşdə Təbriz təmsilçisi "Traktor”la Tehran klubu "İstiqlal” üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda Cənubi Azərbaycan klubu 3:2 hesablı qələbəyə sevinib.

"Traktorçular” üç qolun hamısını ilk yarıda rəqib qapısından keçiriblər. Fasilədən sonra "İstiqlal” buraxılan iki topun əvəzini çıxsa da, bu, məğlubiyyətdən qaçmaq üçün yetərli olmayıb.

Qeyd edək ki, "Traktor” tarixində ikinci dəfədir İran kubokunu qazanır. Təbrizlilər ilk dəfə 2014-cü ildə belə uğura imza atmışdılar.


5974 oxunub

InvestAZ