XƏBƏR LENTİ
16 May 2022
15 May 2022
14 May 2022



Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin yeni sədri
Ədəbiyyat 09:03 / 04.09.2020

İmzası oxuculara dedektiv janrda povest və hekayə kitablarının müəllifiı kimi tanınan AYB üzvü, yazıçı Qafar Cəfərli Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri vəzifəsinə təyin olmuşdur. Yeni sədrin bölgə yazarlarına təqdimat mərasimində AJB –nin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı-dramaturq Hüseynbala Mirələmov, şair-publisist Ağacəfər Həsənli və Lənkəran Şəhər İcra hakimiyyətinin birinci müavini Möhübbət Babayev iştirak etmişlər. Təqdimat mərasimində çıxış edənlər bildirmişlər ki, Lənkəran ədəbi mühitinin əvvəlki fəaliyyətini bərpa etmək və bölgə yazarlarını bölmə ətrafında birləşdirmək üçün yeni sədrin qarşısında mühüm vəzifələr durur. Qeyd edildi ki, Lənkəranın şair və yazıçıları öz yaradıcılığında həmişə doğma Azərbaycanı sevə-sevə tərənnüm etmişlər.

Bölməyə təyin olunan yeni sədr Qafar Cəfərli bildirmişdir ki, bölmədə təmsil olunan qələm adamlarının ədəbiyyatımızın inkişafına yeni töhfələr verilməsində əlindən gələni əsirgəməyəcək.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinə uzun müddət sədrlik edən tanınmış şair İltifat Saleh ötən ilin sentyabrında 84 yaşında dünyasını dəyişmişdir.


12090 oxunub

InvestAZ