XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



Bir dan üzü xoşbəxtliyi - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:19 / 02.09.2020

"Bir qadına..." silsiləsindən

Açıldı səhərim təbəssümüylə
Bulud arasından günəş boylandı...
Ruhuma səpildi nur gilə, gilə -
Hürküb bu gəlişdən dərdim hoylandı...

Aldı qanadına məni bir fərəh,
Aldı göz qırpımı hicran əlindən...
İndi ürəyim tək asılım gərək ,
Onun kipriyindən, onun telindən...

Aradım göylərdə, gözdən uzaqda
Ümid tumurcuğun şeh bələyində...
Mənə doğma gəldi, qar da . sazaq da -
Külək xəlbirində, meh ələyində!

Ömrün bu anını yaşadan qüdrət
Dilimi, özümü tuta bilmədim...
Bir də ələ düşməz yəqin bu fürsət -
Sevinci bölüşdüm....uda bilmədim...


8869 oxunub

InvestAZ