XƏBƏR LENTİ
23 May 2022
22 May 2022
21 May 2022
21:38



Allahın axır sözü... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 08:34 / 01.09.2020

"Bir qadına..." silsiləsindən

Sənli anlarımda xoşbəxt bir bəndə
Sənsiz anlarımda unudulmuş, tək...
Məni məndən yaxşı duyursan Sən də -
Əl uzat , ömrünün bir küncünə çək...

Səpmə ortalığa ağılı, hissi
Daş daşı yesə də , qum ömrü qalır...
Qınaq ünvanına çevirib bizi -
Kədər içimizdə lövbərin salır.

Sakitcə əriyir qətiyət, inad
Boşalır, süstləşir əl-qolumuzda...
Gör necə yad olur bizə bu həyat -
Sovrulur , süprülür sağ-solumuz da..

Köhnə tərəzinin ağır gözü tək
Ürək də titrəyir bu halımızda...
Deyəsən Allahın axır sözü tək -
Ayılın! - səslənir qulağımızda...


7884 oxunub

InvestAZ