XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Dəvə çöküşü - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:47 / 31.08.2020

"Özümdən özümə" silsiləsindən

Sızlayır az qala saçımın dəni
Elə bil bükülüb ağrı balınca...
Hər yerə ayağım çəkirdi məni -
İndi sürüyürəm onu dalımca...

Gözləyən, arayan yoxdu - bu bəlli
Xəyal da nalını itirib yolda...
Bircə şəkillərdi... sözsüz təsəlli -
O da asılıbdı - bu kiprik kolda...

Kədər də yorulub - dili bir qarış
Çıxıbdı ağzından - nəfəsi çatmır...
Mənim içimdəki sonuncu yarış -
Sonuncu görüşə - həvəsim çatmır...

Bu çöküş - dəvənin diz qatlaması,
Filin məzarlığa üz tutmasıdı...
Bir aşiq ürəyin bu çatlaması -
Bir qızın sevgini unutmasıdı...


9281 oxunub

InvestAZ