XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



Tanrım - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:53 / 29.08.2020

"Özümdən özümə" silsiləsindən

Dağına baxıb yağmırsan
Su tək səmtinə axmırsan...
Gülləni niyə çaxmırsan -
ağrının qəlbinə , Tanrım?!

Çəkdiyin xətti keçmirsən
Yır-yığış edib köçmürsən...
Ölçməyə qamış seçmirsən -
ağrının qəlbinə, Tanrım!..

Ovudursan, süsləyirsən
Sanki özəl bəsləyirsən...
De, hansın çox istəyirsən -
ağrını, qəlbini...Tanrım?!

Sormaq cəhdim gülünc, yanlış
Bəndə özün gör kim sanmış!?.
Yuvası mən canı yanmış -
Ağrının qəlbinə , Tanrım...


6404 oxunub

InvestAZ