XƏBƏR LENTİ
12 Avqust 2022
11 Avqust 2022



İncimə... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:01 / 28.08.2020
(" Özümə təsəlli" silsiləsindən )

Bura şəhər, sən də sakit və həlim
Səsim, küyüm səni yorsa incimə...
Kənd havalı bir damarım, bir əlim -
Bir nimçəni salıb qırsa ... incimə...

İstəmirəm göy titrəyə, yer əsə
Sübh oyanıb toxunanda nəyəsə...
Qaşlarının bir tərəfi əyilsə -
Lap başına cin də vursa, incimə...

Ağarıbdı telim kimi ağlım da
Maraqsızdı həyat adlı nağlım da!
Mənlə keçən bu illərin axrında -
Qazandığın kül , ya qorsa... incimə!..

Fərəhlənmək... kədərlənmək ... nisbidi
Baxışlar buz, göz yaşısa istidi.
Bəndənizdi, Əbülfət də ismidi -
Sevdin məni? - deyib, sorsa incimə...

10350 oxunub

InvestAZ