XƏBƏR LENTİ
03 Dekabr 2021
02 Dekabr 2021
01 Dekabr 2021



"Qarabağ" "Milan"a çatdı - Yeni reytinq
İDMAN 12:32 / 27.08.2020

Çempionlar Liqasında dünən keçirilən 2-ci təsnifat mərhələsinin oyunlarından sonra klubların növbəti UEFA reytinqi açıqlanıb.

Yeni reytinqdə ÇL-dəki yeganə təmsilçisimiz "Qarabağ” irəliləyib.

Ağdam klubu dünən Moldovanın "Şerif”inə 2:1 hesabı ilə qalib gələrək xallarının sayını 20,500-ə yüksəldib. Bu göstərici ilə "Qarabağ" "Milan” (İtaliya) və "Standard”a (Belçika) çatıb və onlarla 62-64-cü yerləri bölüşür.

Ağdam təmsilçisi reytinqdə "Fənərbaxça", "Qalatasaray" (hər ikisi Türkiyə), "Atletik", "Selta", "Real Sosyedad", "Espanyol", "Hetafe" (hamısı İspaniya), "Spartak (Rusiya), "Everton" (İngiltərə) kimi məşhur klubları geridə qoyub.

Siyahıda digər klublarımızdan "Qəbələ" 178-ci, "Neftçi" 223-ci, "Keşlə", "Səbail", "Zirə", "Kəpəz", həmçinin tarixində ilk dəfə bu mövsüm avrokubokda mübarizəyə qoşulacaq "Sumqayıt" 298-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, 427 klubun yer aldığı siyahıya "Bavariya" başçılıq edir (111,000) "Barselona" 2-ci (106,000) "Real" 3-cüdür (105,000)


6118 oxunub

InvestAZ