XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



ÜRƏKDƏ OD VARSA - VAQİF YUSİFLİ YAZIR
Ədəbiyyat 12:10 / 27.08.2020

Onu əvvəl jurnalist kimi tanıdıq-sözünü çəkinmədən deyən, onu düyşündürən məsələlərə tutarlı cavab gözləyən, tərəfi müqabilinin ürəyindəkilərini açıqlayan bir «od parçası»…Bu od sözünü dırnaqdan çıxarıram, çünki onun bütün həyatı-Tibb İnstitutunda oxuduğu illər, sonra da ANS kanalında jurnalisçt fəaliyyətinə başlaması ürəyindəki ODun fəvvarəsiydi. Jurnalisti həmkarlarının bir çoxundan fərqli olaraq o, əvvəlcədən düşünülmüş və hazırlanmış «ssenaridən» imtina edib, birbaşa, elə bil, illərdən, günlərdən bəri içindəki o oddan püskürən sözlərini müsahibinə ünvanlayır. Onun müsahibə aparmaq mədəniyyəti maraqlı nyuanslar üzərində qurulurdu. Bilirdin ki, bu jurnalist qız cəmiyyətə, geniş oxucu və tamaşaçı auditoriyasına çatdırılmalı ən mühüm həqiqətlərin ilk müəllifidir.Təkcə müsahibələrində deyil, publisistik yazılarında da onun üslubu dəyişmədi.

O jurnalist qız Qənirə Paşayeva idi

Bu od parçasının Oda çevrilməsi, içindəki yanğını təkcə bir jurnalist kimi deyil, xalqın elçisi kimi alova çevıirməsi Azərbaycanın birinci dövlət və talelər məclisində hamının gördüyü bir xoş mənzərə idi. Milli Məclis xalqın hər bir elçisindən yüksək məsuliyyət, işgüzarlıq, həll etmək istədiyi məsələləri təkcə sözdə deyil, əməldə reallaşdırmağı tələb edən ali orqandır. Təbii ki, neçə çağırış seçkilərdən sonra müşahidə etmişik ki, Milli Məclisdə deputat adını doğrultmayan, deputatlığı – millət vəkilliyi təkcə döş nişanında, bir də vəiqəsində bəlli olan təsadüflər və təfərrüatilar da olmuş… Amma o qız-o od parçası Milli Məclisin hər bir iclasında lazım olan sözünü deyir.

Millət vəkili hansı peşəyə sahib olmasından asılı olmayaraq böyük məsuliyyət hissi ilə yanaşı, xeyli dərəcədə hazırlıqlı, məlumatlı və hüquqi baxımdan da savadlı olmalıdır. Və o qız bu mənada öz vicdani borcunu sözdə də, əməldə də bir vurğuya kökləyən millət vəkillərindən biridir.

O, daim xalqın içindədir. Təkcə seçildiyi Tovuz dairəsində-öz doğma rayonunda deyil, Azərbaycanın hər bir guşəsində tanıyırlar onu. Dərdlərini, onları narahat edən problemləri çəkinmədən ona söyləyir, ondan kömək diləyirlər. O da əlindən gələn köməyi əsirgəmir. Ağsaqqalların, ağbirçəklərin, cavanların ehtiyaclarına, bəzən həlli müşgül problemlərinə dayaq olmaq onun təkcə vəzifə borcundan irəli gəlmir, həm də insani –mənəvi duyğularından nəşət edir. İndi o, Milli Məclisin Mədəniyyət komissiyasının sədridir. Düzgün seçimdir-çünki o, bütün varlığı ilə bu aləmin bir parçasıdır, yazıçıları, bəstəkarları, musiqiçiləri, teatr işçilərini, rəssamları çox yaxşı tanıyır, onların tədbirlərində iştirak edir, «qayğı sözü və qayğı özü» ifadəsini reallaşdır. Yaxşı yadımızda: gözəl şair-rəssam Adil Mirseyidin (allah rəhmət eləsin!) ehtiyac içində çabaladığtı, xəstə olduğu bir vaxtda o, bu istedadlı insandan köməyini əsirgəmədi, onun rəssamlıq əsərlərinin sərgisini, kitabının təqdimatını təşkil etdi. Belə misalların sayını xeyli artıra bilərik.

O, Tovuz hadisələri baş verəndə əyninə əsgər paltarı geyindi, döyüşlər səngiyənə qədər oradan çəkilmədi, hətta bir müsahibə vaxtı lap yaxınlığına bir mərmi düşdü. Orada həlak olan bir neçə döyüşçünün dəfnində iştirak etdi.

Televiziya kanallarında tez-tez onu görür, hansı məsələ olursa, onun hədəfə düz vuran çıxışlarının şahidi oluruq.Artıq onda əsl millət vəkilinə xas olan nitq mədəniyyətinin çoxdan formalaşdığı da gün kimi aydındır.

O millət vəkili Qənirə Paşayevadır.

Və budur, onun «..Və sonra» şeirlər kitabı qarşımızda. Milli Məclisdə bu vaxtacan şair də görmüşük, dilçi də, ədəbiyyatşünas da,dilçi də, bəstəçi də, aktyor da.. Hətta ixtisası jurnalistikadan, filologiyadan tamam uzaq olan millət vəkillərinin içərisində şeirlə məşğul olanlar, şeir kitabı çap edirənlər də olub və var..Amma o qızın şairliyi təkcə şekirə-poeziyaya hüsn-rəğbətindən irəli gəlməyib.Birincisi-Tovuzun aşıq-şeir mühiti, ikincisi-ədəbiyyata həvəsli atası-anası, üçüncüsü-görkəmli ədəbiyyatşünas, professor əmisi Qəzənfər Paşayev və dördüncüsü-ən əsası özünün uşaq yaşlarından-ilk gənclik illərindən şeir yazmağı. Keçən il o, «…Və sonra» adlı ilk şeirlər kitabını çap etdirdi. Bu şeirlər kitabı artıq Arazın o tayında çap olunub.

Kitabdakı ilk şeirin adı «Qarabağ»dır:

Qarabağ!

Sənsiz yaşamaq çətin…

bu,sınağıdır «!sən» adlı məhəbbətin.

Sənsən and yerim mənims.

Sən bu dünyaya bənd yerim mənim.

Qarabağ!

Sənsiz ölsəm…

Bağışlama məni.

Qəbrim səndə qazılmasa…

Adım Şuşa qalasına

qanla yazılmasa,

bağışlama…

Bağışlama məni…

Hər bir azərbaycanlının içindən keçən bir arzu, bir müqəddəs duyğudur bu.

Hər şairin öz dünyası var. O öz dünyasından böyük dünyaya boylanır o böyük dünyanı öz dünyasına gətirir. Onun şeirlərində də dünyanın onun duyğularına səpələnmiş rəngləri, zərifliyi, incəliyi, gül-çiçəkliyi, kədəri, sevıinci, sərtliyi nəzərə çarpır. Şeirlərində ekssevari çalarlar az deyil, amma o, şeiri ŞEİR kimi yazır. Texnologiyası-vəzni, qafiyəsi, misralar arasındakı məntiqi ardıcıllığı öz yerində, fikir-düşüncə, məzmun-məna qolu ilə hissin, duyğunun vəhdəti də öz yerində. Onun «Ana» şeirini həyəcansız oxumaq olmur. Əslində, bu, kiçik duyğular poemasıdır. Və bu poemada həm o qızın öz anasının portreti var, həm də bütün analarımızın. Əgər onun şairliyinin mənəvi üçbucağını müəyyənləşdirməli orlsaq, üç sözün üzərində dayanarıq: öncə Yurdçuluq. Bu sözün ən böyük mənası Vətənpərvərlikdir. O, Azərbaycanı mədh edən şeirlərində də, şəhidlərdən yazanda da, doğulduğu ocaqdan söz açanda da yurpdçudur, vətənçidir.Daha geniş mənada türkçüdür, turançıdr. «Turan» şeiri bu hissin ən bariz təcəssümüdür. (Kəpkükümdən İsçtanbula, Təbrizimdən Krımadək Sən Türklərin and yerimsən, Böyük Turan»)

Ana, bilməm, yadındamı,

Hər cəbhəyə zəng edəndə,

Hər telefon açanda,

«VƏTƏN» deyə çağırardı atam məni…

De ki, VƏTƏN Vətən oldu,

De ki, Vətən sağ olsun!

Təki, Vətən sağ olsun!

İkinci söz: Eşq. Bu sözü təkcə intim duyğular mənasında yox, onun əhatə etdiyi bütün mənalarda anloavyırıq. Amma birinci sırada könlün sevgisi, unudulmayan və xatirələrdə yaşayan Eşq.

Səni gözlərimə səpib,

Göz yaşımla böyütdüm.

Səni könlümə sarıb,

Savaşımla böyütdüm.

Sənei illərə verib,

Umutla böyütdüms,

İndi kiçildə bilmirəm.

Üçüncü söz- Zəriflik. Və onun Kövrəklik oxşarı. Təbii ki, hisslərin, duyğuların zərifliyi.

Dünya göz yaşına dəyməz,

Ağlama, tənha qadın.

Yağmurların ağlatdığı,

Mahnıların sızlatdığı,

Həsrətlərin özlətdiyi

Kimdi-deyə axtarmayın-

Mənəm o qadın

Ümumiyyətlə, onun şeirlərində analıq-qadınlıq-mələklik duyğuları şahə qalxır, bəzən hədd-hüdud bilmir.Bu ANA şeirlərdə qəm də var, kədər də, sevıinc də, nəşə də,amma «ağlamalı», göz yaşlarının içində sıtqamalı, hıçqırmalı nəsə yox. Hətta «Bu gecə ölmək istəyirəm» deyəndə də yenə hıçqırmsır, sadəcə, ürəyinin üsyanını bəyan edir.Kitaba ön söz yazan şair İbrahim İlyaslının sözünə haqq verirəm: «Onun şeirlərində duyğusallıq düşüncədən, düşüncə duyğusallıqdan doğur və bir vəhdət halında oxucuya çatdırılır».

Bu şair qız-Qənirə Paşayevadır.

Onun şeirlərindən çox danışa bimlərdik. Amma bğu qədər yetər. Bu azərbaycanlı, hamının tanıdığı Qənirə Paşayevanın şeir yolu yarıda bitməsin,-deyirəm. Çünki O ŞAİRDİR deyirəm!


VAQİF YUSİFLİ

filologiya elmləri doktoru




6712 oxunub

InvestAZ