XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



"Mançester Siti" Messi üçün 200 milyon avro ödəməyə hazırdır
İDMAN 09:18 / 27.08.2020

İngiltərənin "Mançester Siti" futbol klubu İspaniyanın "Barselona"sının argentinalı hücumçusu Lionel Messi üçün 200 milyon avro ödəməyə hazırdır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalist Tankred Palmer məlumat verib.

İngilis klubu rəsmi təklif hazırlayır. Daha əvvəl Messi "Barselona"dan ayrılmaq istədiyini bildirmişdi. Klub oyunçudan bu barədəd bildiriş aldığını təsdiqləyib.

33 yaşlı Messi "Barselona"nın yetirməsidir və əsas komandada 2004-cü ildə debüt edib. Argentinalı peşəkar karyerasında 700-dən çox qol vurub. Messi "France Football" jurnalına görə altı dəfə ilin ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatına layiq görülüb.


6291 oxunub

InvestAZ