XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Eşq şəhidi... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:29 / 26.08.2020

"Bir qadına..." silsiləsindən

Bəlkə yazmayasan daha sevgini
Üzə " sevgimiz" yox, " sevgini" dedi...
Mənim xəyal belə etmədiyim söz -
İçimi qurd kimi gəmirib yedi...

Günümün, ömrümün bu " şok"-u oldu
Min yerdən ələndi üstümə sual...
Didəm qəm yatağı - lilləndi, doldu -
Bir hind filmi idi yaşanan bu hal...

Bəlkə yazmayasan...Yozumu sonsuz -
Fikrin çözümünü , gözlə soruşdum...
Belə göründü ki, on illər boşa -
Mən ürək əridib, çənə yormuşdum...

Yoxsa yaşatdığın halın özü də
Gerçəkdən qurtulmaq, qaçmaq cəhdidi?!.
Sənin söylədiyin Sevgi sözü də -
Mənim yaşadığım eşq şəhididi!


6719 oxunub

InvestAZ