XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



"Akif Şahverdiyev"
Ədəbiyyat 11:03 / 25.08.2020

Çaylar çağlamaqdan, bulaqlar qaynamaqdan, bülbüllər oxumaqdan, dağlar vüqarla dayanmaqdan, sözlər nizamlanmaqdan, qələmlər yazmaqdan, insanlar da qurub-yaratmaqdan yorulmaq bilmir. Bütün bu sadaladıqlarımızdan ilham alan, xariqələr yaradan insanlar çoxdur.

Belə şəxslərin sırasında əl əməyi, göz nuru ilə xalqına xidmət edən, peşəsinin qulu olan, bir vaxtlar zəhmət fədaisi mərhum Akif Şahverdiyevi qələm əhlinə təqdim etməyə ehtiyac yoxdur. Xəmiri yaradıcılıqla yoğrulmuş bu insan haqqında nə qədər yazılsa, nə qədər deyilsə, yenə də azdır. Akif müəllimin keçdiyi ömür yolundan bəhs olunan cild-cild kitablar bağlamaq olar. Akif müəllim xalq üçün, Vətən üçün əlindən gələnləri heç zaman əsirgəməmişdir. Qələminin gücü ilə indiyə qədər çoxlu sayda uğurlara imza atmışdır. Onun neçə-neçə kitabları işıq üzü görüb. İsdedadlı yazar, peşəkar jurnalist bu gün aramızda olmasa da, dəyərli ideyalarına sadiq olan dostları çoxdur. Akif müəllimin uğurlarının bir çoxu da Qarabağ cəbhəsində olub. Necə deyərlər, qələmini süngüyə çevirib cəbhədə hərbçilərlə bərabər düşmənə qarşı vuruşmuşdur. Onun mübarizlik yolu ən qaynar nöqtələrdən gəlirdi. Qələmə aldığı hər bir oçerkində Azərbaycan əsgərinin hünərindən, mərdliyindən söhbət açırdı.

Çox təəssüflər olsun ki, bu gün hərbçi jurnalist kimi tanınan Akif Şahverdiyev aramızda yoxdur. Onu amansız ölüm çox tez apardı. Sinəsində arzuları qucaq-qucaq idi. Hələ yazacaqları əsərlər də çox idi. Özü ilə o dünyaya apardı.

Akif müəllimin arzuları ilə bağlı həmkarı Gülər Eldarqızı "Akif Şahverdiyev” adlı monoqrafiya əsərini çap etdirdi. Kitabda Akif müəllim haqqında xatirələr, onun keçdiyi şərəfli və məsuliyyətli həyat yollarından geniş söhbət açılır. Kitabda həmçinin onun həyatının müəyyən dövrlərinə şahidlik etmiş şəxslərin xatirələri də toplanaraq dərc edilib. Gülər Eldarqızının çox nəfis tərtibatla dərc olunan kitabın korrektoru Sevinc Rzayeva, dizayneri isə Elnur Qasımovdur.

Göz nuru, əl zəhməti ilə ərsəyə gələn yaradıcılıq məhsulu olan bu kitab oxucu kütləsi tərəfindən çox güman ki, sevilə-sevilə oxunacaqdır.

Müəllifin bu kitabı inanırıq ki, kitabsevərlərin stolüstü kitabına çevriləcəkdir.

"Açıq Səma” qəzetinin yaradıcı kollektivi


9130 oxunub

InvestAZ