XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



Messinin gedəcəyi xəbərlərinə Kumandan münasibət
İDMAN 16:35 / 21.08.2020

"Barselona”nın yeni baş məşqçisi Ronald Kuman komandadan getmək istədiyi bildirilən Lionel Messi barədə fikirlərini bildirib.

Hollandiyalı mütəxəssis kapitanın hazırda məyus durumda olduğunu təsdiqləyib:

"Onun məyus olması məntiqlidir. Mən də "Bavariya”ya 2:8 uduzsaydım, kefim olmazdı. Belə məğlubiyyətdən sonra gülmək doğru olmaz. Messi daim qalib olmaq istəyir. Uduzanda isə qıcıqlanır. Bunu onunla işləyən hər kəs bilir. Mən Xosep Qvardiola ilə danışmışam. O dedi ki, Messi ilə işləmək əladır. Mən səbirsizliklə birgə fəaliyyətə başlayacağımız günü gözləyirəm.

Messi çox şeyə qadirdir və mən məşqçi kimi onun müsbət oyunçu keyfiyyətlərindən bəhrələnməliyəm. O, burada xoşbəxtdir və vacib biri olduğunu bilir. Messi karyerasını "Barselona”da başa vurmalıdır. "Barselona” Messi deməkdir”.


6225 oxunub

InvestAZ