XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Sonuncudan əvvəlki pıçıltı... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:03 / 21.08.2020

"Özümdən özümə" silsiləsindən

Alıbdı O əlimdən
Günlərimin sükanın...
İçimə daşımışam -
Tay kədərin tükanın...

Yanaqdakı ağ yolun
Tikanlayıb naxışı...
Tutub ruhun əl-qolun -
Həzin... payız yağışı...

Gəzirəm qaraltı tək
Öz içimdə çətirsiz...
Dünyam özüm boyda lək -
Solğun, həm də ətirsiz...

...Son vaqon ... son da kupe
Bələdçi soyuq... sükut...
Son sözdən çəkildim - de -
Və göz yaşına bük...ud!..


11713 oxunub

InvestAZ