(Dostum, yazıçı- publisist Azad Müzəffərə)
Yenə içim alışır
Yenə qorranır ruhum...
Dərgahda da ağrıdan
Aşkar zorranır ruhum ! -
Qalan gumandı, demə...
demə...
Şimşəyi öpüb, qovan
Buludu köynək edən...
Onu ruhum tək duyan,
Uzaqdan baxıb gedən -
Dağlar dumandı, demə...
demə...
Sınıb hicran gücünə
Bir şamın söndüyünü...
Gözlərimin içinə,
Ümidin öldüyünü -
Aman, amandı, demə...
demə!
Gecəni diz çökdürən,
Sevgimə güvənimdi.
Gözümdə dan sökdürən,
Bu günüm, dünənimdi ! -
Keçmiş zamandı, demə...
demə...
Mən zəfər xəstəsiyəm
Dərmanım bulud yaran...
Şəlalə bəstəsiyəm,
Dağları unutmaram!-
Dağlar dumandı, demə...
demə...