XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



19 avqust şeiri - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:04 / 19.08.2020

"Səndəki mənə... Məndəki sənə ... dediklərimdən"

Anlar çeşid - çeşid, günlər rəngbərəng
Hər zaman çiynində bir yük daşıyır...
Allaha etiraf edim mən gərək -
İçimdə 19 avqust yaşayır...

Tanrı pıçıltısı -azan səsitək -
Hopub zərrə -zərrə, hopub ruhuma...
Əgər şübhən varsa, bax, əlini çək -
Gör necə rahatlıq yapıb ruhuma...

Təqvimin ən sadə - sıra gününün
Hənri bir cürədi, ətri min cürə...
Mənim içimdəki aşiq ömrümün -
Başına fırlanır Yer adlı kürə!

Kiminsə diqqətin qoy çəkməsin heç
Mənim taleyimə vurulan möhür!
Əbədi sevgimdi - doğulsa da gec -
19 avqustdan boylanan şeir...

P. S.Həyatda elə anlar olur ki ...ömürə hopur...ÖMÜRLÜYƏ çevrilir! Və O anla doğulub O anla da köçürsən!.. Düz 15 ildi mənimlə yol gələn bu şeir oxucu üzünə ilk dəfə çıxır...Sizin üçün necədir? - deyə bilməsəm də, mənim üçün ÖMÜRLÜKDÜ!


10416 oxunub

InvestAZ