XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Atamın ruhuna - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:59 / 18.08.2020

Gerçəyin yuxu çaları

( Atamın ruhuna)

Səni yuxuda gördüm...
Yenə həmən sitildə...
Can köynəyin də həmən -
Uzandığın mitil də!

Çöhrən solğun - ağarmış
Kipriklərin titrəyir...
Sinən bir az qabarmış -
Barmaqların büdrəyir...

Dodağını dilinlə
İsladırsan bir təhər...
Gözlərinin dibində -
Qürub edir bir səhər...

Baxışların "Əlvida" ...
Notlarında köklənib...
Sən ruha çevriləndən -
Nimdaş ömrüm təklənib!..

... Səni yuxuda gördüm
Yenə alnında tər var...
Sənli günlərə döndüm -
Ürəyimdə tər qabar...


9112 oxunub

InvestAZ