XƏBƏR LENTİ
07 Dekabr 2021
06 Dekabr 2021
05 Dekabr 2021



İspan mediası “Barselona”nın yeni baş məşqçisini açıqladı
İDMAN 17:00 / 17.08.2020

Niderland millisinin çalışdırıcısı Ronald Kuman yaxın günlərdə "Barselona”nın baş məşqçisi təyin ediləcək.

Bu məlumatı İspaniyanın "Mundo Deportivo” qəzeti yayıb. Onunla 2 illik müqavilə bağlanacağı iddia edilib.

Qeyd edək ki, Ronald Kumanın Niderland Futbol İttifaqı ilə imzaladığı müqavilədə onun "Barselona”ya keçidinə izacə veriləcəyinə dair bənd var. Müqavilədə göstərilir ki, "Avro-2020”dən sonra o, təklif aldığı klubda çalışa bilər.

Kuman 1989-1995-ci illərdə "Barselona”da futbolçu, 1998-2000-ci illərdə isə baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, daha öncə Kataloniya klubunun prezidenti Xosep Bartomeu baş məşqçi Enrike Setyenin istefaya göndərildiyini açıqlayıb. Setyenlə yanaşı klubun idman direktoru Erik Abidalın da göndəriləcəyi bildirilib.


5885 oxunub

InvestAZ