XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022



Ağaran kipriklərin şeiri - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:33 / 14.08.2020

" Özümdən özümə" silsiləsindən

Çəhlimsiz, cığırsız yoldu gəldiyim
Dağdan, dərədən də , seldən də keçdim..
Dünyada tək adın oldu, bildiyim -
Uğrunda son ümid - teldən də keçdim!..

Gözümü qırpmadım gün işığına,
Didəmdən boylanan nura baxdım mən.
Kim nə çəkir çəksin öz qaşığına -
Səmtimə su təki , səssiz axdım mən!..

Xəyal dəyirmanım istək üyütdü,
Soyuq bir təbəssüm sovurdu onu...
Ürəyim elə bil yetim böyütdü -
Qəm olur anasız yetimin sonu...

İndi qayıdıram gəldiyim yolu...
Ulduzlar sayrışır kipriklərimdə...
Gəlmişdim ürəyim söz ilə dolu -
Dönürəm - ağarıb kipriklərim də!..


8524 oxunub

InvestAZ