XƏBƏR LENTİ
13 Avqust 2022
12 Avqust 2022
11 Avqust 2022



Adsız yolun şeiri - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:39 / 13.08.2020

" Bir qadına..." silsiləsindən

Dayanıb baxıram, yol həmən yoldu
Gedən də, gələn də nisbətdə eyni...
Burda işarə var - nə sağ, nə soldu -
Sən demə mənfi də, müsbət də eyni...

Çəkirəm yaxamı özümdən uzaq ,
Qarışmaq niyyətim yoxdu heç nəyə...
Nə izn işarəsi , nə də ki yasaq -
İmkan yaradılıb sanki, seçməyə...

Fikir cilovunu buraxıb əlim,
Tərəddüt edirəm yolun üstündə...
Bilmirəm özümə heç necə gəlim -
Yerim görünmürsə qolun üstündə...

Tikanmı, ya daşmı kürəyimdəki
Nədisə incitmir - rahat ağrıdı...
Nəsə pıçıldayır ürəyimdəki -
Çatdığım ... bir adsız yolun axrıdı...


9472 oxunub

InvestAZ