XƏBƏR LENTİ
26 Yanvar 2022
25 Yanvar 2022
24 Yanvar 2022
23:49



Dörd divarla söhbət - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:55 / 11.08.2020

"Özümdən özümə" silsiləsindən

Özüməm, dörd divar, bir də ki, ahım -
Məni ovutmağa cəhd edən kimdi?...
Gedib Allaha da çatıb günahım -
Günahla ölməmi əhd edən kimdi?!.

Səhərdən axşama , gecədən sübhə -
Didirəm içimi, sərirəm mehə.
Dönür həsrət adlı qorxunc bir şübhə -
Kipriyin ucundan boylanan şehə...

Çıxmaq mümkün deyil bu çərçivədən
Demək də çətindi - dil tikanlayıb..
Məni qədərimə O, pərçim edən-
Özü qərarını bil ki, anlayıb...

Dörd divar... bir də ki, özümdəki sən
Ruhumuz sarmaşıq, cismimiz girov...
Sən elə əzəldən özümdəkisən -
Sevmək günahım da əriyən qırov...


5959 oxunub

InvestAZ