XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



Gömrükdən gizlədilən dərman preparatları aşkar edildi - FOTO
KRİMİNAL 17:29 / 06.08.2020

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Scania" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 17400 həb və 20 ədəd 20 milli qramlıq şüşə qabda dərman preparatları, eləcə də 9100 ədəd şam aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


908 oxunub

InvestAZ