XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



Avtomobildən yarım kiloqramdan artıq heroin və psixatrop maddə aşkarlanıb
KRİMİNAL 14:11 / 06.08.2020

Biləsuvarda avtomobildən yarım kiloqramdan artıq heroin və psixatrop maddə aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi "Vaz 2107” markalı avtomobillə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


660 oxunub

InvestAZ