XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



"Qarabağ" yenidən "Keşlə" ilə üz-üzə - Bu gün
İDMAN 14:52 / 05.08.2020

Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" və"Keşlə"növbəti dəfə üz-üzə gələcəklər.

Komandalar bu gün qüvvələrini yenidən sınayacaqlar. Görüş saat 19:00-da başlayacaq.


Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olacaq. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı. Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hsabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib.


5 avqust

Yoxlama matçı

19:00. "Qarabağ" - "Keşlə"


991 oxunub

InvestAZ