XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020



Arda Turan "Qalatasaray"la razılığa gəldi
İDMAN 17:44 / 04.08.2020

"Barselona" ilə müqaviləsi bu yay başa çatan Arda Turan "Qalatasaray"a qayıtmağa yaxındır.

33 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə razılığa gəlib. Razılığa əsasən, onunla 2+1 illik müqavilə imzalanacaq. Arda hər oyuna 15 min avro qazanacaq. Bundan başqa, müqavilədə bəzi bonuslar da yer alacaq.

Türk futbolçunun növbəti mövsüm "Qalatasaray"ın kapitanlarından biri olacağı vurğulanıb.

Qeyd edək ki, Superliqa təmsilçisinin baş məşqçisi Fatih Terim klub rəhbərliyi ilə görüşündə Ardanın transferini istəyib.


1024 oxunub

InvestAZ