XƏBƏR LENTİ
09 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020



Nyu Yorkda Qarabağ şüarını daşıyan təyyarə...
Gündəm 17:06 / 30.07.2020

ABŞ-ın Nyu York şəhərində Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Manhetten adasınının üstündə ingilis dilində böyük hərflərlə "Stop Armenian Occupation”, "Karabakh is Azerbaijan! (Erməni işğalını dayandır, Qarabağ Azərbaycandır!) şüarını daşıyan təyyarə havaya qaldırılıb.

Üç saat ərzində Nyu York şəhərinin üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin "Liberti” parkında toplaşan həmvətənlərimiz əllərində bayraqlarla, alqışlarla və şüarlarla təyyarəni izləyiblər.

Layihənin təşkilatçısı Elmar Bayramov açıqlamasında deyib ki, iki həftə ərzində ermənilər tərəfindən "Airads” hava reklamları şirkətinə layihənin reallaşmaması üçün təzyiqlər göstərilib. Hətta şirkətə bunun üçün ermənilər tərəfindən əlavə vəsait də ödənilib. Lakin onların səyləri uğursuz olub.


671 oxunub

InvestAZ