XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



"Qarabağ" transferim üçün hər şeyi etdi"
İDMAN 12:19 / 27.07.2020

"Bu komandada olmaqdan məmnunam. "Qarabağ"ın təklifi konkret idi və transferim üçün hər şeyi etdilər".

Bu sözləri "Qarabağ"ın yeni transferi Uroş Matiç "Telegraf.sr" saytına açıqlamasında deyib.

Serbiyalı yarımmüdafiəçi Ağdam klubunda debütünü səbirsizliklə gözlədiyini bilidirib: "Qarabağ" mənə daha böyük diqqət göstərdi. Yaxşı təşkilatlanmış komandadır. Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq".

Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.


5977 oxunub

InvestAZ