XƏBƏR LENTİ
08 Dekabr 2021
07 Dekabr 2021
06 Dekabr 2021



"Klubumuzdan ayrılan legionerlər qarabağlı olduqlarını göstərirlər" - Tahir Gözəl
İDMAN 14:38 / 22.07.2020

İyulun 12-dən Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başlayıb. Bu təxribata "Qarabağ"ıın sabiq legionerləri biganə qalmayıb və öz sosial şəbəkələrində hər zaman Azərbaycanın yanında olduqlarını vurğulayıb.

Klubun başqanı Tahir Gözəl həmin legionerlərə öz təşəkkürünü bildirib.

O, "Qarabağ”ın mətbuat xidmətinə açıqlamasında deyib: "Qarabağ” Futbol Klubu olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır. Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduğunu göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar".


6826 oxunub

InvestAZ