XƏBƏR LENTİ
10 Avqust 2020
08 Avqust 2020
07 Avqust 2020



Baş Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yayıb
HÜQUQ 11:06 / 18.07.2020

İyulun 17-də saat 14 radələrində Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olmuşdur.

Baş Prokurorluğun məlumatına görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.



1253 oxunub

InvestAZ