XƏBƏR LENTİ
02 Dekabr 2021
01 Dekabr 2021



"Qarabağ" Qəbələyə getdi
İDMAN 15:04 / 14.07.2020

Azərbaycan çempionu Qarabağ" Çempionlar Liqasında hazırlıq məqsədi ilə təlim-məşq toplanışı üçün Qəbələyə gedib.

Klubun Mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi səhər saatlarında Bakını tərk edib.

"Qarabağ"ın düşərgəsində futbolçular Xayme Romero və Miçel Maderadan başqa hamı yer alıb. Hazırda vətənlərində olan ispaniyalı oyunçuların yaxın vaxtlarda ölkəmizə qayıdacağı gözlənilir.

Qeyd edək ki, dünən komanda üzvləri koronavirus testindən keçiblər və heç kimdə pandemiya aşkarlanmayıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah avrokuboklara qatılacaq komandaların sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə məşq etmələrinə icazə verib.



6387 oxunub

InvestAZ