XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



YOXDUR - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:06 / 14.07.2020

"Köhnə dəftərdən"

Bu günlər daş- daşı yeyir,
Dəyirmanın dəni yoxdur.
Bozarmış üst-başı deyir -
Ürəyin bədəni yoxdur...

Baxıb ellərin köçünə,
Sığındım dərdin küncünə...
Söz xətrinə, zor gücünə -
Cüləni var, şəni yoxdur!

Bəy atının, bəy itinin
Qiyməti var hər tükünün.
Mənim isə qəm yükümün -
Ortağı, nə təni yoxdur.

Atlanmadım, atdan düşəm,
Mən bu ömrə, günə tuşam.
Dərddən çəkilibdi köşəm -
Dərdin ki, Vətəni yoxdur.

1996.


9119 oxunub

InvestAZ