XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



MÜBARƏK... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 13:31 / 13.07.2020

Şəhid igidlərin dilindən...

Bitib, tükəndi son guman,
Dağıl, başımdakı duman.
Gözlədiyim, zaman-zaman -
Qələbəm mübarək -
zirvəm mübarək...

Dərd yükümü başa yığdım,
Silahlanıb önə çıxdım!..
Ruhumun əlini sıxdım -
Qələbəm mübarək -
zirvəm mübarək!..

Dərdi daşımaq qurtardı,
Dərddən danışmaq qurtardı...
Utanc yaşamaq qurtardı -
Qələbəm mübarək,
zirvəm mübarək!..

Yolum qaranlığı yardı
Şəhid ZİRVƏSİni sardı!
Ölüm - bu halımdan xardı -
Qələbəm mübarək,
ZİRVƏM mübarək!


8439 oxunub

InvestAZ