XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



Gənclər Koronavirus pandemiyasına qarşı görülən tədbirlərdən məmnundur
Ədəbiyyat 10:36 / 13.07.2020

Hər kəsə bəllidir ki bütün dünyanı öz cənginə alan koronavirus pandemiyası bizim ölkəmizdən də yan ötmədi. Dünya ölkələri kimi ölkəmiz Azərbaycan üçün də bu gözlənilməyən bir vəziyyət idi. Lakin buna baxmayarag ölkə başçımız cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın uzaqgörənliyi, çevik vaxtında həyata keçirdiyi siyasət nəticəsində koronavirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi təmin edilərək sağlamlığını qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və nəticədə çox qısa zaman ərzində uğurlu nəticələr əldə edildi. 

"Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində koronavirus infeksiyası ilə bağlı vəziyyət nəzarətə götürüldü. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıdı və gücləndirilmiş rejimdə ekspront tədbirlər həyata keçirilməyə başlandı. Cənab Prezidentin də söylədiyi kimi, zamanında lazımi addımlar atılmasaydı bunun faciəsinin miqyasını ağla gətirmək belə çətin olardı. Bütün bunlar məhz ölkə rəhbərliyinin vətəndaş təhlükəsizliyinin və sağlamlığının qorunması istiqamətində atdığı təxirəsalınmaz tədbirlər nəticəsində mümkün oldu. Ölkə rəhbərliyi bununla həm də dövlətinin qüdrətini və gücünü ortaya qoydu. Cənab Prezidentin koronavirus pandemiyası dövründə gördüyü islər dünya dövlətləri tərəfindən çox müsbət qarşılanmışdır. Bütün bu islərin nəticəsi olaraq ölkəmiz dünyanın üzləşdiyi ciddi problemlər həllinin dialoq mərkəzinə çevrilib. Bəşəriyyətin koronavirus pandemiyası ilə üzləşdiyi ən çətin, mürəkkəb proseslərin biz də istirakçısına çevrildik. Bu istər koronavirus infeksiyasının ölkə daxilində, istərsə də pandemiyanın qarşısının alınması istiqamətində özünü biruzə verdi. Bu gün həyata keçirilən məqsədyönlü və effektiv addımlar, nümunəyə cevrilmisdir. Artıq bir çox ölkələr koronavirus pandemiaysına qarşı mübarizədə Azərbaycan təcrübəsindən yararlanırlar. Ölkəmiz dünyaya öz töhfəsini vermək üçün ciddi addımlar atmagda davam edir. Türk Şurasının Zirvə görüşünün təşkili bunun bariz nümunəsidir. Bu Beynəlxalg görüşü keçirməklə ölkəmiz COVİD-19-la mübarizədə beynəlxalq aləmlə birgə fəaliyyət göstərməyə maraqlı olduğunu ortaya qoydu və hər zamankı kimi liderlik qabiliyyətini sərgilədi. Bu həssas dönəmdə bir daha ölkə başçımızın öz vətəndaşlarının təkcə sağlamlığının müdafiəsinin deyil, üzləşdikəri çətinliklərin aradan qaldırılması üçün bütün zəruri addımları atmaga gərarlı oldugunu sübut etdi. Aztəminatlı və işsiz vətəndaşların sosial rifahının yüksəldilməsi və yardımların verilməsi də hər kəsin gözü önündədir. Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması nəzərdə tutulur. Beş modul tipli xəstəxana artıq istifadəyə verilib. Yoluxmanın tempinin yüksək olmasına baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin yeni istifadəyə verilən modul tipli hospitalı xəstəliklə mübarizədə əlavə imkanlar yaradacaq. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. 

Biz ölkə gəncləri olarag, ölkə vətəndaşları olaraq cənab prezidentimizin atdığı bütün addımları dəstəkləyir, yüksək dəyərləndirir və onun ətrafında sıx birləşmişik. Biz inanırıq ki, dahi ulu öndər məktəbi keçmiş, müdrik, xalqını sevən, ən çətin zamanda onların yanında olan güclü siyasi liderimiz cənab İlham Əliyevin başçılığı altında xalqımız bu ümumibəşəri bəlaya galib gələcək, sülh, sabitlik şəraitində, öz vətəndaslarının rifah halının və sağlam həyat tərzinin qarantını təmin edəcəkdir.

Nəhayət Şirinova

ADPU Quba filialının əməkdaşı



9857 oxunub

InvestAZ