XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



ÜSTÜNDƏ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 11:45 / 10.07.2020

"Özümdən özümə" yazdıqlarımdan

Dil deməkdən durammadı -
Şeh var hər fərdin üstündə...
Vallah ömür quramadı -
Sevinclə, dərdin üstündə...

Ovutduqca bizi heçlik
Gör nələrə dözüb keçdik!
Sonda xırman yolun seçdik -
Adi bir şərtin üstündə!

Damla-damla yığılan qəm
Axıb olur ürəkdə cəm...
Dinclik tapır il boyu nəm -
Kiprik şəridin üstündə...

Daşdı, duzdu zaman yükü
Min illərdə qalıb kökü...
Çiynimdəki bu ağ tükü
Gördüm hər mərdin üstündə!

Sözə şirə olan -ruhum,
Gilə, gilə solan -ruhum...
Yar başına dolan, ruhum -
Sən ki, əridin üstündə?!


8437 oxunub

InvestAZ