XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



“Real” yetirmələrinin satışından 246 milyon qazanıb - Siyahı
İDMAN 14:45 / 09.07.2020

"Real” son illər yetirmələrinin satışından yaxşı gəlir əldə edib.

Bu fakt "Marca” qəzetinin araşdırması nəticəsində üzə çıxıb.

Məlumata görə, bu sahədə əldə edilən gəlir kəskin şəkildə artıb. Bu göstəricini klubun tarixində bir ilk də saymaq olar. Söhbət xüsusən Alvaro Morata, Markos Lyorente, Xese, Raul de Tomas və Əşraf Hakimidən gedir.

Morata onların sırasında ən bahalı transferdir. O, 2017-ci ildə 66 milyon avroya "Çelsi”yə keçib. Sonrakı yerləri Hakimi ("İnter” - 40+5 milyon avro), Lyorente ("Atletiko - 30 milyon avro), Xese (PSJ - 25 milyon avro) və Tomas ("Benfika” - 20+2 milyon avro) tutur.

Bundan başqa, "Real” akademiyasının yetirməsi olan bızi futbolçularının satışından da nisbətən kiçik gəlir əldə edib. Denis Çerışev "Valensiya”ya 7 milyon, Mariano Dias "Lion”a 8 milyon, Dieqo Lyorente isə "Real Sosyedad”a 7 milyon avroya satılıb. Müdafiəçi Oskar isə "Şalke”yə 10 milyon avroya transfer olunub.

Bildirilir ki, ümumilikdə bu və digər futbolçuların da transferi daxil olmaqla, 2016-cı ildən bəri "Real” təkcə öz yetirmələrinin satışından 246 milyon avro gəlir əldə edib.


703 oxunub

InvestAZ