XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



"Millidə işləməyə hazıram" - Qriqorçukdan AFFA-ya mesaj
İDMAN 17:24 / 07.07.2020

"Qəbələ"nin və "Astana"nın sabiq baş məşqçisi Roman Qriqorçuk bu yaxınlarda adının Azərbaycan millisi ilə hallanmasına münasibət bildirib.

O, Ukrayna mətbuatına müsahibəsində bununla bağlı deyib:

"Mən həmişə bu suallara beləcavab verirəm: "Şərh yoxdur". İndi müasir dünyada bir çox fərqli məlumat yayılır, eləcə də idman mediasında. Bəzən haradan gəldiyini başa düşmək belə çətindir. Bu cür xəbərləri şərh etməklə, belə söhbətləri daha da gücləndirmiş oluruq. Digər tərəfdən, milli komandalarda mümkün işlə bağlı fikrimi bildirmişdim, bu təcrübə mənə maraqlı gəlir. Milli komanda və klubda işləməyə hazıram. Əlbəttə, bunların ikisi də fərqli işlərdir. Əvvələr özümü heç bir yığma komandanın baş məşqçisi kimi təsəvvür edə bilmirdim. Ancaq son bir-iki ildə bu istiqamətdəki fəlsəfəm düzəldi və bu işə hazır olduğumu gördüm".


712 oxunub

InvestAZ