XƏBƏR LENTİ
16 May 2022
15 May 2022



İÇƏRİ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:48 / 07.07.2020

"Özümdən özümə" yazdıqlarımdan

Bəxt yuvadı - uçurmusan , qurmusan
Ürəyimə dil yarası vurmusan...
Kandarda yox, düz qapıda durmusan -
Nə açmırsan, nə keçmirsən içəri...

Xəyallanıb, açıq qalıb qollarım
Ot bitirib cığırlarım, yollarım...
Allahamı, ya sənəmi yalvarım ?-
Nə yığışmır, nə köçmürsən içəri...

Daş tapmıram, ağır gələ daşımdan
Qovruluram - tüstüm çıxır başımdan...
Nə qədər ki, su süzülür aşımdan -
Bil, talehi sən seçmirsən, içəri!

Göyü yerə, yeri göyə calamaq
Xəyal işi! - yaddaşda od qalamaq...
Əbülfətə , Boz qurd kimi ulamaq -
Qismətini heç biçmirsən, içəri!


9312 oxunub

InvestAZ