XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



XƏSTƏSİ - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 16:53 / 02.07.2020

"Özümdən özümə " yazdıqlarımdan

Yükü , özündən ağır -

Ürək, kədər xəstəsi...
Gözün zilləyib baxır -
Sona qədər xəstəsi...

Başın özüylə qatır
Odu- közüylə qatır...
Sözün qolunda yatır -
Ömrün hədər xəstəsi...

Ha yazsa da qələmi
Küydü ahı, ələmi...
Candan verir sələmi -
Məcnun qədər xəstəsi!..

Qoyub özün qırağa
Ruhun bükür varağa...
Tay əl atmır darağa -
Haqqın bu tər xəstəsi!..


13507 oxunub

InvestAZ