XƏBƏR LENTİ
18 May 2022
17 May 2022
16 May 2022



BİR... İKİ... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:24 / 01.07.2020

" Özümdən özümə " yazdıqlarımdan

Hər gün sənə zəngimi
Azaldıram...bir... iki...
Özüm də zəngim kimi -
Az alıram ... bir ... iki...

Nəm daş kimi çopuram
Qəlpə, qəlpə qopuram...
Qopub yerə hopuram -
Sozalıram...bir...iki...

Xəyalım lələk salır
Gözündən ələk salır!
Ruhum da bələk salır -
Söz oluram ... bir... iki...

Yolum haqqa - gorgaha...
Nə bax, nə də sor daha!
Külüm deyil , qor daha -
Toz oluram... bir...iki...


7837 oxunub

InvestAZ