XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



İctimai işlərə məhkum edilmiş şəxslərə yeni formada nəzarət ediləcək
MƏMLƏKƏT 14:48 / 29.06.2020

Azərbaycanda məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərə elektron formada nəzarət həyata keçiriləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 47.2-1-ci maddə əlavə edilir:

"47.2-1. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur".

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


421 oxunub

InvestAZ