XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
Gündəm 12:59 / 29.06.2020

Milli Məclis "İcra məmurları haqqında” Qanunda dəyişikliyi müzakirəyə çıxarıb.

Qanunun 12 və 13-cü maddələrinə əlavələr olunub.

Qanunun 12-ci maddəsinin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab edilir və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə olunur:

"Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

Həmçinin qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində "büdcəsi” sözü "büdcəsi və icra xidməti” sözləri ilə əvəz olunur, ikinci cümləsinə isə "büdcəsi” sözündən sonra "və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilib.


354 oxunub

InvestAZ