XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



Polis əməliyyat keçirdi: tutulanlar var
KRİMİNAL 17:55 / 29.06.2020

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun evindən 3 kq 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Yevlax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Köyük kənd sakini F.İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 11 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmli kənd sakini M.Mirzəlinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


377 oxunub

InvestAZ