XƏBƏR LENTİ
09 İyul 2020
08 İyul 2020



Milli Məclis QHT haqqında qanunu qəbul etdi
SİYASƏT 16:30 / 25.06.2020

Milli Məclisin bugünkü iclasında "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsini Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli təqdim edib.

Nəzərdə tutulan dəyişikliklə qanuna yeni 24.3-cü maddə (Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.

Yeni maddəyə əsasən, Qeyri-Hökumət Təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcəklər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


564 oxunub

InvestAZ